Feysbukun yaradıcısı 5-ci bal ayını belə qeyd edir

Feysbukun yaradıcısı 5-ci bal ayını belə qeyd edir
17:33 20 May 2017
138 Şou
Ölkə mətbuatı
A- A+

Feysbukun yaradıcısı və dünyanın ən gənc milyarderi Mark Zukerberq evliliyinin 5-ci ildönümünü qeyd edir.

Publika.az xəbər verir ki, bununla bağlı Mark İnstaqramda şəkil və məlumat paylaşıb.

“Bu gün biz Prissila ilə 5 illiyimizi qeyd edirik. Mən həyat yoldaşıma söz vermişdim ki, hər ildönümümüzdə bal ayına gedəcəyik. Sözümün üstündə də dururam. Bu dəfə biz Amerikanı gəzəcəyik, Men ştatında vaxtımızı keçirəcəyik. Evləndikdən sonra bir şeyi dəqiqləşdirmişəm: dünyanı birgə kəşf etmək daha maraqlıdır”, - deyə milyarder bildirib.

Qeyd edək ki, cütlük 2012-ci ildə evlənib. 2015-ci ildə onların Maks adlı qızı dünyaya gəlib. Hazırda Prissila ikinci uşağına hamilədir.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/199552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR