Bakı. Trend:
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişilər arasında 10 metrlik platformadan suya tullanma yarışlarında Azərbaycan təmsilçisi Artyom Danilov mübarizəni gümüş medalla başa çatdırıb.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.