Rusiyada "halal turizm" - İranlılar bu ölkəyə axışır

Rusiyada "halal turizm" - İranlılar bu ölkəyə axışır
18:18 20 May 2017
139 Dünya
Ölkə mətbuatı
A- A+

Son zamanlar İran vətəndaşlarının Rusiyaya axını müşahidə olunur.

Publika.az xəbər verir ki, buna səbəb “Rus qonaqpərvərliyi” adı ilə keçirilən aksiyadır. Bu aksiyada əsasən “halal turizm” prinsiplərinə dəqiq əməl olunur.

Üstəlik, tur-paketlərdə komfortlu nəqliyyat və fars dilini bilən bələdçilər iranlıların diqqətini bu ölkəyə çəkib.

“Halal turizm” qaydalarına görə, otellərdə qadınlar və kişilər üçün ayrı hovuz və çimərliklər olur. Spa mərkəzləri də qadınlara və kişilərə görə ayrılır. Alkoqollu içkilər verilmir. Bütün qida və əşyalar halal standartlarına uyğun istehsal olunur. Ramazan ayında müştərilərin orucdan sonra dənizdən istifadə etmələri üçün çimərliklər işıqlandırılır.

Qeyd olunur ki, hazırda təkcə Rusiyanın əsas şəhərlərində deyil, digər bölgələrində də “halal turizm” tətbiq ediləcək.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR