Zərgərdən qızıl borcu almağın şərtləri nədir?

Zərgərdən qızıl borcu almağın şərtləri nədir?
19:05 20 May 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Qızıl və oxşar pul və pula müqabil olan fərqli qiymətli malların mübadiləsi sadəcə olaraq nağd formada həyata keçirilə bilər.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, əgər alıcı sualda qeyd edildiyi kimi, 10 qram qızılı (yaxud da 10 qram qızılın pulunu) borc almaq istəyirsə, ya eynilə həmin 10 qram qızılı, ya da onun pulla dəyərini o günün məzənnəsinə əsasən borc vermək olar. Lakin qızılın qiyməti (məzənnəsi) alıcı və satıcının arasında deyil, mərkəzi bankın, yaxud da hər iki tərəfin də müdaxilə etmədiyi başqa bir təşkilat tərəfindən müəyyən edilməlidir. Yəni, belə bir təşkilatın müəyyənləşdirdiyi kurs əsas götürülməlidir.

Borcun qaytaılması vaxtı gəldikdə isə 10 qram qızıl yenə qeyd etdiyimiz qurumlar tərəfindən müəyyən olunan kursa əsasən qaytarılmalıdır.

Qısa desək, bu iş ancaq kömək məqsədilə görülə bilər. Zərgər bu işdən qazanc götürməməlidir. Çünki borc verib gəlir götürmək faizdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR