Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 22 nəfər həlak olub

Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 22 nəfər həlak olub
19:07 20 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasında xristian və keçmiş islamçı qruplaşması arasında baş vermiş toqquşmalar zamanı 22 nəfər həlak olub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin ölkədəki missiyasının (MINUSCA) bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, toqquşmalar zamanı daha 36 nəfər xəsarət alıb. "Anti-Balaka" ilə əvvəllər "Seleka" islamçı qruplaşmasının tərkibində olmuş silahlılarla toqquşma Bria şəhərində baş verib. Öldürülənlərdən 17-i dinc sakinlərdir.
"Briada və Mərkəzi Afrika Respublikasının digər yerlərində silahlı qruplaşmalar arasında toqquşmalar dayandırılmalıdır" – deyə missiyanın baş katibinin xüsusi nümayəndəsi Dayan Korner bəyanatında bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/merkezi-afrika-respublikasinda-bas-vermis-toqqusmalarda-22-nefer-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR