Play Store

Həyatımızı necə gözəl edək?

Həyatımızı necə gözəl edək?
19:12 20 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər kəsin həyatdan ləzzət almaq təfəkkürü fərqlidir. Ancaq ümumi qanunlar mövcuddur ki, onu hamının həyatında həyata keçirdib, həyatı daha şirin etmək olar.

Əgər həyatınızın daha şirin olmasını istəyirsinizsə, bu tövsiyələri yerinə yetirin:
1. Həyatınızda hədəfə malik olmaq. Həfəfsiz həyat nizamsız bir həyatdır və bu insanlar həyatda çox sayda problemlə rastlaşırlar.
Nəticədə də depressiya və stress kimi ruhi gərginliklərə məruz qalırlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ona görə də həyatınızda çatmaq istədiyiniz bir hədəfiniz olmalıdır və ona çatmaq üçün plan qurmalı və ona çatmaq üçün səy göstərməlisiniz. Fərqi yoxdur ki, sizin hədəniz maddidir, yoxsa elmidir, ya ruhanidir. Həyatda mütləq hədəfiniz olmalıdır. Əlbəttə ki, hədəfiniz Allah bəyənən müstəvidə olmalıdır. (Tebyan)
2. Zehninizi mənfi fikirlərdən təmizləyin. Mənfi fikirlər insanın ruhi qüvvəsinin hədər getməsinə səbəb olar. Ona görə də insana hədəfinə çatmaq üçün maneə olar. Hətta insanın özü üçün hədəf təyin etməsinə belə, mane ola bilir. Həyatdakı sevinci insandan alır və insanın özünə etimadını zəiflədir.
3. Peşə səviyyənizi yuxarı qaldırın. İnsanın həyatının çox hissəsi peşəsini yerinə yetirməklə keçir. Ona görə də bu saatlarda gördüyün işdən ləzzət almaq böyük əhəmiyyətə malikdir. Hər bir peşədə elə tərəflər vardır ki, sizin diqqətinizi başqalarına nisbətən daha çox cəzb edir. Bir qədər düşünərək, o tərəfləri tapa bilərsiniz. Əgər peşəsinizin həmin tərəflərinə daha çox diqqət etsəniz, işinizin sizin üçün nə qədər maraqlı olduğunun şahidi olacaqsınız.
4. Cismi və ruhi sağlamlığınıza diqqət edin. Elə insanlar vardır ki, öz sağlamlıqlarına görə çox nigarandırlar, əksinə elə insanlar vardır ki, onlar üçün cismi və ruhi sağlamlıq önəmli deyildir. Biri ifratdır və o biri də təfrit. Siz hər ikisindən də çəkinin və orta həddi tutaraq, sağlamlığınıza əhəmiyyət verin, ancaq bu sahədə həddi aşmayın. Sağlam olmağın yollarına aid mütaliələr edin və onu həyata keçirin.
5. Yaradıcı olun. Yaradıcı olmaq üçün xüsusi peşə öyrənməyə ehtiyac yoxdur. İnsan hər yaşda və hər şəraitdə yaradıcılığını işə sala bilər.
Bu cür insanların özünə etimadı güclü olur və risk əhli olurlar. Onlar həyatın çətinlikləri ilə üzləşən zaman da öz yaradılıcılıqlarını işə sala bilirlər.
6. Övladlarınıza diqqət edin. Övlad valideyn üçün mühüm insandır. Valideynlər öz övladlarının tərbiyəsinə görə həmişə nigarandırlar.
Bəzən bu nigaranlıq stress və depressiyaya çevrilir. Lakin bunu yerinə əgər övladlarınızla rabitəni gücləndirsəniz və onlara doğru nəsihətlər versəniz, daha çox işə yarayar. Onlar üçün vaxt ayırın və söhbət edin.
7. Sevdiyiniz məşğuliyyətlərə diqqət edin. Hər kəsin sevdiyi və əlaqə göstərdiyi məşğuliyyətlər vardır ki, onu həyatın yorğunluqlarından uzaqlaşdırar və ona ruhi ləzzət verər. Bəziləri ruhu oxşayan mahnıya qulaq asmaqdan ləzzət alırsa, bir başqası idman etməkdən ləzzət alar. Öz sevdiyiniz məşğuliyyəti tapın və həyatınızı şirinləşdirin.
8. İbadət. Allah Təala insanı kamilliyə çatmaq üçün xəlq etmişdir. Və ibadət edən insan, öz yaradılış hikmətinə uyğun davranış edir. İbadətin ləzzətini əldə etmək insana böyük bir mənəvi təkan vermis olur və insan hərtərəfli inkişaf edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR