Play Store

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında güləşçilərin mükafatlandırma mərasimində iştirak edib

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında güləşçilərin mükafatlandırma mərasimində iştirak edib
19:17 20 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Mayın 20-də İslamiadanın sərbəst güləş yarışlarının sonuncu günündə pəhləvanımız Hacı Əliyev final görüşündə qalib gələrək İslamiadada Azərbaycanın aktivinə 65-ci qızıl medalı yazdırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Hacı Əliyev həlledici görüşdə qırğızıstanlı Alibek Osmonov üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Bu çəki dərəcəsində bürünc medallara iranlı Məsud İsmailpur və pakistanlı Abdul Vahab layiq görülüblər.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion pəhləvanımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR