Azərbaycan güləşçisi Cəmaləddin Maqomedov İslamiadanın qalibi oldu

Azərbaycan güləşçisi Cəmaləddin Maqomedov İslamiadanın qalibi oldu
20:08 20 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş üzrə yarışlarda 125 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Cəmaləddin Maqomedov Qazaxıstan idmançısı Daulet Şabanbayevlə mübarizədə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, o, 12:8 hesabı ilə rəqibi üzərində qələbə çalıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2757193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR