İslamiada: Atletika yarışlarında SON GÜN - FOTOLAR

İslamiada: Atletika yarışlarında SON GÜN - FOTOLAR
20:08 20 May 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarının sonuncu günündə maraqlı idman mübarizəsi davam edir.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən yarışlarda günün ikinci yarısına kişilər arasında şüvüllə tullanma üzrə final mərhələsi ilə start verilib.

Daha sonra kişilər arasında 1500 və10 min metr məsafəyə qaçış, kişilər və qadınlar arasında 4x400 metr məsafəyə estafet qaçışı yarışlarının finalı keçiriləcək. 10 min metr məsafəyə qaçış yarışında ölkəmizi Evans Kiplaqat və Hayle İbrahimov təmsil edirlər. Azərbaycan qadınlar arasında 4x400 m məsafəyə estafet qaçış yarışında da təmsil olunur.

Həmçinin paraatletika yarışlarında kişilər arasında F12 kateqoriyasında kürəitələmə, T12 kateqoriyasında isə uzunluğa tullanma və 400 metr məsafəyə qaçış yarışlarının finalları baş tutacaq. Kürəitələmədə ölkəmizi Rasim Babayev, uzunluğa tullanmada isə Oleq Panyutin və Kamil Əliyev təmsil edirlər.

Foto: Nurlan Gülməmmədov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/199564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR