Azərbaycan idmançıları atletika yarışlarında daha iki medal qazanıblar

Azərbaycan idmançıları atletika yarışlarında daha iki medal qazanıblar
20:12 20 May 2017
29 İdman
Ölkə mətbuatı
A- A+

Kişilər arasında T12 kateqoriyasında uzunluğa tullanma yarışında təmsilçilərimiz - Kamil Əliyev 7,10 metr nəticə ilə gümüş, Oleq Panyutin isə 6,78 metrlə bürünc medala sahib olublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışın qızıl medalını 7,12 metr göstərici ilə Özbəkistan təmsilçisi Doniyor Salıyev qazanıb.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR