Suriya paytaxtının Bərzə yaşayış məntəqəsini 1076 silahlı tərk edib

Suriya paytaxtının Bərzə yaşayış məntəqəsini 1076 silahlı tərk edib
20:17 20 May 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ Suriya hakimiyyəti ilə silahlı qruplaşmalar arasında əldə edilmiş razılaşmaya əsasən paytaxtın Bərzə yaşayış məntəqəsini 1076 silahlı tərk edib.
"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə Hüms vilayətinin qubernatoru Ələddin İbrahimin mətbuat üçün bəyanatında bildirilir.
"Bərzədə barışığın üçüncü mərhələsi başa çatıb. Yaşayış məntəqəsini 2672 nəfər tərk edib. Onların 1076-ı silahlılardır" – deyə qubernator vurğulayıb.
Qeyd edək ki, ötən həftə düşmənçilik edən tərəflər arasında xalq barışığı proqramı çərçivəsində silahlıların Kabun yaşayış məntəqəsindən də çıxarılması başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriya-paytaxtinin-berze-yasayis-menteqesini-1076-silahli-terk-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR