İslamiada: Sərbəst güləşçilərimiz 4 qızıl, 2 gümüş, 1 bürünc qazandı

İslamiada: Sərbəst güləşçilərimiz 4 qızıl, 2 gümüş, 1 bürünc qazandı
20:28 20 May 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Cəmaləddin Məhəmmədov qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, 125 kq çəki dərəcəsindəki Məhəmmədov finalda qazaxıstanlı Daulet Şabanbaya qalib gəlib - 12:8.

Beləliklə, Azərbaycan sərbəst güləşçiləri İslamiadanı 4 qızıl, 2 gümüş, 1 bürünc medalla başa vurublar. Qızıl medallara Cəmaləddin Məhəmmədovdan əlavə, Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq) və Nurmaqomed Hacıyev (97 lq), gümüş medallara Məhəmməd Müslümov (65 kq) və Murtuzəli Müslümov (70 kq), bürünc medala isə Şərif Şərifov (86 kq) yiyələnib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/199566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR