Cocuq Mərcanlıda piyada əleyhinə mina tapıldı

Cocuq Mərcanlıda piyada əleyhinə mina tapıldı
20:43 20 May 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 20-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1257 qəlpə, 1 piyada əleyhinə mina “OZM-72” aşkar ediblər. Sursat zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA-dan Publika.az-a bildiriblər ki, ümumilikdə 20 min 146 kvadratmetr ərazi tam təmizlənib, 22 min kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Agentlik tərəfindən 88 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Yetmiş partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 milyon 55 min 477 kvadratmetr ərazi tam təmizlənib. 1 milyon 37 min 40 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR