İşçilərin icbari sığortasına nəzarət gücləndiriləcək - YENİ TƏKLİF - VİDEO

İşçilərin icbari sığortasına nəzarət gücləndiriləcək - YENİ TƏKLİF - VİDEO
21:12 20 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortaya nəzarət gücləndiriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı İcbari Sığorta Bürosu Maliyyə Bazarlarına Nəzarət Palatasına təkliflər göndərib.
Hazırda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə müqavilələr yazılı formada və vahid elektron informasiya sisteminə daxil edilmədən rəsmiləşdirilir. Buna görə də şirkətlər külli miqdarda sığorta haqqını ödəməkdən yayınırlar.
İcbari Sığorta Bürosu müqavilələrin kağız daşıyıcıda yox, elektron formada və Büronun elektron informasiya sisteminə daxil edilərək bağlanılmasını təklif edir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, bədbəxt hadisələrdən icbari sığorta müqavilələrinin elektron formada bağlanılması ilə prosesdən yayınma minimuma endiriləcək. Bu da ilk növbədə işçilərin mənafeyi baxımından çox önəmlidir.
Hazırda müqavilələrin elektron formada bağlanılması istiqamətində işlər həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR