Qibiskus çayı və onun faydaları

Qibiskus çayı və onun faydaları
21:12 20 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Çin qızılgülündən dəmlənən çayın faydaları barədə eştmisinizmi? Çin qızılgülü (qibiskus) ən çox sevilən otaq bitkilərindən biridir. Bu bitkinin faydaları barədə yəqin ki, eşitməmisiniz. Şərq ölkələrində çin qızılgülünün çiçəklərindən müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Müalicə məqsədilə qibiskusun çiçəyinin ləçəklərindən istifadə edilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, qibiskus çayından qədim Misirdə çox istifadə edilib. Bu çayın faydasını tibb elminin araşdırmaları da təsdiqləyib. Qibiskus çayının çapıq toxumanı sağlamlaşdırmaq qabiliyyəti var. Bu səbəbdən də onun damarlarda əmələ gələn patologiyalar zamanı içilməsi çox faydalıdır. Bu çay qan damarlarının möhkəmlənməsinə səbəb olur, damarların divarlarında yığılıb qalmış xolesterin artıqlarının həll edir. Qibiskus dəmləməsi qanda pis xolesterinin azaalmasına və tədricən yox olmasına səbəb olur. Bu çayı davamlı olaraq içməklə bağırsaqların fəaliyyətini sürətləndirmək, defekasiyanı çoxaltmaq və bağırsaqlardan şlakların və toksinlərin xaric olmasına nail olmaq olar.
Davamlı olaraq uzun müddət qibiskus çayı qəbul eləmək orqanizmdən ağır metal zərərlərini, toksinlərin və şlakların xaric edilməsinə, immun sistemin yüksəlməsinə səbəb olur.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR