Play Store

Kəbin zamanı mehriyyənin miqdarı təyin olunmayıbsa...

Kəbin zamanı mehriyyənin miqdarı təyin olunmayıbsa...
21:17 20 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəbin zamanı mehriyyənin miqdarı təyin olunmayıbsa, kəbin düzgün sayılırmı?

Kəbin kəsilən zaman mehriyyənin miqdarını hər iki tərəfin arasında razılaşdırılmış şəkildə təyin etmək lazımdır. Amma mehriyyənin miqdarı təyin edilməmişsə və kəbin bunsuz kəsilmişsə, bu hal hər hansı səbəb üzündən baş versə də, kəbin düzgün sayılır.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu zaman mehriyyənin miqdarını təyin etmək istəsələr, "mehri-misl" ölçüsündə götürürlər. Yəni qadının qohumları arasında onunla eyni statusda olan qadınlara adətən nə qədər mehriyyə yazılırsa, o qadın üçün də həmin miqdarda mehriyyə müəyyən edilir. Eyni statusda olmaq deyilərkən, yaş həddi, bakirəlik, iqtisadi vəziyyət kimi amillər nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR