Azərbaycanda qəbiristanlığı parka çevirdilər - VİDEO

Azərbaycanda qəbiristanlığı parka çevirdilər - VİDEO
21:17 20 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Çoxlu sayda gül kolları və dekorativ ağaclar əkərək qəbiristanlığı parka çevirib.

Kənd sakininin bu hərəkətinə baxan digərləri də hər həftə qəbiristanlıqda iməclik keçirirlər.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu ənənə Saaatlı rayonu Hacıqasımlı kəndində formalaşıb. Kənd sakini Vaqif Həsənov təmənnasız olaraq bir neçə ildir kənd qəbiristanlığına qulluq edir, burada müxtəlif gül kolları , ağaclar əkib. Buna görə də kənd sakinləri tez-tez qəbiristanlığa baş çəkir.
Vaqif Həsənov bildirir ki, əvvəl qəbiristanlığın bir hissəsi bataqlıq olub. Yerli sakinlərin köməkliyi ilə həmin ərazi qurudulub və gül-çiçək əkilib.
Vaqif Həsənov bildirir ki, bundan sonra da kənd qəbiristanlığına qulluq edəcək və oranı hər zaman abadlaşdırmağa çalışacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR