Qaradağda metaləritmə sexi yandı: 2 yaralı

Qaradağda metaləritmə sexi yandı: 2 yaralı
21:19 20 May 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda metaləritmə sexində yanğın nəticəsində 2 nəfər xəsarət alıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan metaləritmə sexində baş verib. Nəticədə sexin ərazisində 10 m2 sahədə stol-stul, 1 ədəd rəf və 1 ədəd  elektrik lövhəsi yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarətləri alıb.  Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR