Biləsuvarda oğul atasını, Qubada isə ər arvadını qətlə yetirib - VİDEO

Biləsuvarda oğul atasını, Qubada isə ər arvadını qətlə yetirib - VİDEO
21:22 20 May 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Kişi həyat yoldaşı ilə birləşib atasını öldürdü.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Biləsuvar rayonunun Zəhmətabad kəndində baş verib. Kənd sakini Rahib Rəsulov həyat yoldaşı Mələk Rəsulova ilə birlikdə atası Təzbəy Rəsulovu döyərək qətlə yetirib. İlkin ehtmala görə, hadisə mülk üstündə baş verib. Hadisəni törədən gəlin polis tərəfindən saxlanılıb. Onun həyat yoldaşının tapalaraq istintağa cəlb olunması istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.
Qubada da qətl hadisəsi baş verib. Güləzi kəndində 31 yaşlı Murad Ələsgərov həyat yoldaşı, 29 yaşlı Ulduz Ələsgərovanın başını kəsərək qətlə yetirib. Ailənin 3 azyaşlı övladı var. Hadisənin şəxsi münaqişə zəmnində baş verdiyi ehtimal edilir. Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
Sumqayitda isə keçmiş ər, 6 il bundan qabaq boşandığı qadını güllələyib.
47 yaşlı Mübariz Ələkbərov, keçmiş həyat yoldaşı 39 yaşlı Dilarə Əhmədova ilə əvvəlcə mübahisə edib. Sonra 1 Saylı şəhər xəstəxanasında baş tibb bacısı işləyən Dilarə Əhmədovanı kişi özü ilə gətirdiyi öv tüfəngi ilə iş yerində güllələyib. Qadın dərhal xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs könüllü olaraq özü polisə təslim olub. Faktla bağlı Sumqayıt şəhər polis idarəsində aparşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR