9-cu gündə 10 medal - İSLAMİADA

9-cu gündə 10 medal  - İSLAMİADA
21:47 20 May 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının 9-cu günündə 10 medal qazanıb. Fanat.Az xəbər verir ki, ölkəmiz bu gün hesabına 3 qızıl, 4 gümüş və 3 bürünc medal yazdırıb.

 

Elçin Muradov (paraatletika, uzunluğa tullanma), Hacı Əliyev (sərbəst güləş, 61 kq), Cəmaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Gümüş mükafata isə Murtuzəli Müslümov (sərbəst güləş, 70 kq), Artyom Danilov (suyatullanma, 10 metr platforma), Kamil Əliyev (paraatletika, uzunluğa tullanma, T12) və zorxana millimiz yiyələniblər.

 

Şərif Şərifov (sərbəst güləş, 86 kq), Oleq Panyutin (paraatletika, uzunluğa tullanma, T12) və Zeyniddin Bilalov (paraatletika, uzunluğa tullanma, T11) bürünc medal qazanmağı bacarıblar.

 

Bununla da ümumi medal sayı 134-ə çatıb. "Qənimətlər"in 66-sı qızıl, 39-u gümüş, 29-u isə bürüncdü. Millimiz ümumi sıralamadakı liderliyini qoruyub.  Bizimkilər mükafatların əyarına görə tərtib olunan cədvəldə Türkiyəni qabaqlayır. Qardaş ölkənin 65 "qızıl"ı, 58 "gümüş"ü, 49 "bürünc"ü var. 3-cü pillədə isə İrandı.



Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-9-cu-gund-10-medal-t58216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR