Play Store

Varislər ölünün borclarını qaytarmalıdırlar?

Varislər ölünün borclarını qaytarmalıdırlar?
22:52 20 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam dininə əsasən varislərin belə bir cavabdehliyi yoxdur. Olan bir şeyə varis olunur, olmayana olunmur. İslam hüququna əsasən borclar varislərə miras qalmır.

Allah Quranın Nisa surəsinin 11-12-ci və 176-cı ayələrində, eləcə də Bəqərənin 180-ci ayəsində mirasla əlaqədar hökmləri bəyan edir. Bu ayələrə əsasən borc varislərə miras olaraq qalmır.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, əgər ölən adamın mirasına varis olanlar onun borlcarını qaytarsalar, bununla yaxşılıq edib savab qazanarlar. Əgər qaytarmasalar, bilinməlidir ki, onların belə bir cavabdehliyi yoxdur.

Bəli, ölən şəxsdən alacağı olan şəxs gəlib borcunu tələb edə bilər. Əgər ölənin mal-mülkü yoxdursa, alacağı şeyi onun varislərinin malından ala bilməz. Sadəcə olaraq miras malından ala bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR