Hərbi Akademiyanın Xarici Dil və Tərəfdaşlıq Mərkəzində buraxılış mərasimi keçirilib

Hərbi Akademiyanın Xarici Dil və Tərəfdaşlıq Mərkəzində buraxılış mərasimi keçirilib
23:12 20 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində təşkil olunmuş növbəti intensiv ingilis dili kurslarının başa çatması ilə əlaqədar buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev kursu bitirən dinləyiciləri təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edib.




Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/herbi-akademiyanin-xarici-dil-ve-terefdasliq-merkezinde-buraxilis-merasimi-kecirilibf

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR