Vüqar Kərəmov və Pərviz Abdullayev yarımfinalda

Vüqar Kərəmov və Pərviz Abdullayev yarımfinalda
23:12 20 May 2017
124 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın daha iki uşu döyüşçüsü İslamiadanın yarımfinalına adlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən Vüqar Kərəmov səkkizdəbir finalda əfqanıstanlı Ahmed Zaker Bakşini mübarizədən kənarlaşdırıb. Dörddəbir finalda isə türkmənistanlı Səlahəddin Bayramov üzərində 2:0 hesablı qələbə qazanan idmançımız adını yarımfinala yazdırıb.

Pərviz Abdullayev (75 kq) də ümidləri doğruldub. İdmançımız əvvəlcə türkmənistanlı Rehmet Ovezberdiyevi, daha sonra isə Türkiyə idmançısı İsmail Uzuneri (2:0) mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR