Dinin əsl məqsədi gözəl əxlaqa yiyələnməkdir?

Dinin əsl məqsədi gözəl əxlaqa yiyələnməkdir?
23:42 20 May 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Dinin əsas məqsədi insanın Allahdan başqa bir varlığa qul (bəndə) olmamağını təmin etməkdir. Azad yaradılan insanın Allahdan başqa bir varlığa qul olmamağı onun öz xilqətinə müvafiq qaydada yaşamağı deməkdir. Əxlaq da xilqətə uyğun yaşamaq deməkdir.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, Quranda belə deyilir:

"Sən üzünü doğru-dürüst bu dinə - Allahın fitrətinə tərəf tut. Allah insanları bu fitrətlə xəlq edib. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur. Lakin insanların əksəriyyəti bunu bilmir." (Rum, 30/30)

Deməli, bu dinə tabe olan insan xilqətinə müvafiq hərəkət etdiyi üçün olduqca əxlaqlı da olur. Bunun ən yaxşı şəkildə həyata keçirən Allahın elçisi olub. Allah Quranda bununla əlaqədar olaraq belə deyir:

وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ

"Sən həqiqətən də, böyük əxlaq sahibisən!" (Qələm, 68/4)

Həzrəti Aişə də ondan soruşulan bir suala cavab olaraq Allahın elçisinin əxlaqının Quran olduğunu deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR