İslamiada: Azərbaycanın liderliyi davam edir

İslamiada: Azərbaycanın liderliyi davam edir
23:49 20 May 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 9-cu günündə 10 medal qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamız 3 qızıl, 4 gümüş və 3 bürünc medal əldə edib.

 

Elçin Muradov (paraatletika, uzunluğa tullanma), Hacı Əliyev (sərbəst güləş, 61 kq), Cəmaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Gümüş mükafata isə Murtuzəli Müslümov (sərbəst güləş, 70 kq), Artyom Danilov (suyatullanma, 10 metr platforma), Kamil Əliyev (paraatletika, uzunluğa tullanma, T12) və zorxana millimiz yiyələniblər.

 

Şərif Şərifov (sərbəst güləş, 86 kq), Oleq Panyutin (paraatletika, uzunluğa tullanma, T12) və Zeyniddin Bilalov (paraatletika, uzunluğa tullanma, T11) bürünc medal qazanmağı bacarıblar.

 

Bununla da ümumi medal sayı 134-ə çatıb. Bu mükafatların 66-sı qızıl, 39-u gümüş, 29-u isə bürüncdü. Millimiz ümumi sıralamadakı liderliyini qoruyub. Belə ki, yığmamız mükafatların əyarına görə tərtib olunan cədvəldə Türkiyəni arxada qoyub. 3-cü pillədə isə İran qərarlaşıb.

 

Ümumilikdə İslamiadada indiyədək 236 medal dəsti sahibini tapıb. İştirakçı ölkələrdən 25-i çempionluq, 37-si mükafat sevinci yaşayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR