Kökəlməyin səbəbi nədir?

Bəzi insanlar nə qədər arıqlasa da, qarındakı yağlardan xilas ola bilmir. Bəzilərinin isə ombadakı yağlarla başı dərddədir.

Metbuat.az bədəninizin hər hansı bölgəsində artıq çəki yaradan səbəbləri təqdim edir:

Mütəxəssislərə görə, 1 nömrədəki kimi üst qismdən kökəlirsinizsə, bunun səbəbi çox yeməyinizdir. Sağlam qidalanaraq çəki atmağa çalışın.

2-ci şəkildəki kimi sadəcə qarnınız varsa, çəki almağınızın səbəbi əsəbi olmağınızdır. Stress səbəbi ilə şişkinlik və həzmsizlik olduğundan qarnınız daha şiş görünə bilər.

3-cü şəkildə isə ombasından kökələnlər göstərilib. Səbəb isə həddindən artıq qlüten istehlakı ola bilər. Bunun üçün qlütensiz qidalar yeməlisiniz.

4-cü şəkildəki kimi ön qarın bölgəsindən kökəlməyin səbəbi genetik faktorlarla əlaqədardır. Ailənizdə bu hissədən kökələnlər varsa, idmanla bu problemdən xilas ola bilərsiniz.

Alt omba və ayaq bölgəsindəki artıq çəkinin səbəbi qan dövranı ilə bağlı ola bilər.

Bədənin orta qismindəki artıq kilolar hərəkətsizliklə bağlıdır. Hərəkət etməyə və idmanla məşğul olmağa diqqət göstərin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR