Qaçqınlar qara düşdü

Qaçqınlar qara düşdü
05:56 8 Yanvar 2015
116 Digər
Ölkə mətbuatı
A- A+

Yaxın Şərqdə soyuq fırtına özü ilə şaxtalı hava gətirib.

ANS PRESS-in məlumatına görə, Livandakı Bekaa Dərəsi ətrafındakı dağlara qar yağıb.

Burada isə yüzminlərlə qaçqın düşmüş suriyalı yaşayır.

Ərazidə əsən şaxtalı küləklərə görə çadırları yerə möhkəmləndirmək və daşqınlara hazırlaşmaq üçün işlər gedir.

BMT həmçinin İordaniyadakı vəziyyətə görə "xüsusilə narahat" olduğunu bildirib və bu ölkədəki qaçqınlara əlavə yorğanlar paylayır.

Qeyd edək ki, Suriyada 2011-ci ildə başlayan üsyandan sonra 7,6 milyon nəfər qaçqın düşüb. Onlardan 3,3 milyonu xaricə gedib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR