Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var - FOTO
06:22 8 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 06:16 ]

Bakı. Fərahim Qasımov-APA. Ötən gecə Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən zəncirvari qəza baş verib.

APA-nın məlumatına görə, qəza yeni istifadəyə verilən Dərnəgül şosesindəki körpüdə qeydə alınıb.

 

Prospektlə yüksək sürətlə  hərəkət edən "BMW" markalı avtomobil qarşı yola çıxaraq  "Nissan" və "Mercedes"lə toqquşub. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. "BMW" və "Nissan"ın sürücüsü xəsarət alıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücülər hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıblar.

 

Qəza zamanı maşınlar yanmaq təhlükəsi ilə üzləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın təhlükəsinə qarşı tədbir görülüb.

 

İlkin araşdırmalar nəticəsində məlum olub ki, prospektlə yüksək sürətlə avtomobili idarə edən "BMW"in sürücüsü sərxoş olub. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR