Subaylara ŞAD XƏBƏR: Mütləq evlənin...

Əgər evlənməktən qorxur və ya evlilik sizə mənasız gəlirsə, bu xəbəri mütləq oxuyun.

Metbuat.az evlənmək üçün səbəbləri təqdim edir:

Daha sağlam həyat tərzi

Mütəxəssislərə görə, uzun müddət evli olan cütlüklər daha sağlam həyat tərzi yaşayır. Üstəlik həkim müayinələrini də vaxtı-vaxtında etdirirlər.

Uzun ömürlülük

Evli cütlüklər daha sağlam yaşadığından uzunömürlü olurlar. 2013-cü ildə aparılan araşdırmada ortayaşlarda evli olan insanalrın evli olmayanlara görə daha az vaxtsız ölümlə qarşılaşdığı üzə çıxıb.

Depressiya riskini azaldır

Birlikdə yaşayan cütlüklərin kliniki depressiyaya yaxalanma riski çox aşağıdır.

İnfarkt riskini azaldır

2013-cü ildə aparılan araşdırmaya görə, evli cütlüklərin infarkt olmaq riski 66 faiz daha azdır. Mütəxəssislər bunu daha yaxşı həyat tərzi sürdüyü və hər hansı xəstəlik zamanı dərha təcilli tibbi yardımı çağıra bilməkləri ilə əlaqələndirir.

İçki problemini həll edir

Aparılan araşdırmaya görə, xoşbəxt evliliklər alkoqolik olmağı əngəlləyir.

Yoğun bağırsaq xərçənginin qarşısını alır

Çində aparılan araşdırmaya görə, subay yoğun bağırsaq xəstələrində 37 faiz müsbət nəticə əldə edilməyib. Evlilik isə bağırsaq xərçəngindən xilas olmaq şansını artırır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR