Xırdalanda maşın mebel salonuna çırpıldı

Xırdalanda maşın mebel salonuna çırpıldı
06:54 8 Yanvar 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonun Xırdalan şəhərində yol nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın məlumatına görə, avtoqəzə şəhərin M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. Adıçəkilən küçə ilə üzü Masazır dairəsi istiqamətində yüksək sürətlə avtomobili idarə edən eşitmə və nitq qüsuru olan sürücü idarəetməni itirib. Nəticədə avtomobil hərəkət zolağından çıxaraq yol kənarındakı mebel salonlarından  birinə çırpılıb.

 

Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım gələrək sürücüyə ilkin tibbi yardım göstərilib. Daha sonra zərərçəkən xəstəxanaya aparılıb. Polisdən verilən məlumata görə, sürücü əmisinin avtomobilini qaçıraraq qəza törədib. Avtomobilin çırpıldığı mebel salonuna dəyən ziyan hesablanır. Faktla bağlı araşdırma aparılır.

 

Fərahim Qasımov


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR