Avrozonada qiymətlər enib

Avrozonada qiymətlər enib
06:56 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rəsmi rəqəmlərə görə ötən dekabrda 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə Avrozonada inflyasiya göstəriciləri mənfiyə çevrilərək qiymətlərin 0, 2 faiz enməsinə səbəb olub.

ANS PRESS-in məlumatına görə Avropa Mərkəzi Bankının Avrozonanın iqtisadiyyatını stimullaşdırmaq üçün bazara müdaxilə edəcəyi gözlənilir. Bankın infilyasiya hədəfi 2 faizdən az, lakin ona yaxındır.

Qiymətlərin enməsi neft qiymətlərinin son enişi ilə əlaqədar enerji xərclərinin aşağı olması ilə bağlıdır.

Ötən dekabrda enerji xərcləri bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə 6, 3 faiz aşağı olub.

Əgər enerji qiymətləri nəzərə alınmazsa, dekabrda Avrozona üçün inflyasiya rəqəmi 0, 6 faiz göstərilməlidir.

Ərzaq, alkoqol və tütün qiymətlərinin ötən illə müqayisədə noyabr ayında 0, 5 faiz yüksəldikdən sonra dəyişməz olaraq qalacağı gözlənilir.

Noyabr ayında sabit olan xidmət qiymətlərinin 2013-cü ilin dekabr ayı ilə müqayisədə 1, 2 faiz çox olacağı proqnozlaşdırılıb.

Maliyyə böhranının ən dərin həddə çatdığı 2009-cu ildən bəri bu, Avrozonada yaşanan ilk deflyasiyadır.

Avropa İttifaqının statistika qurumu olan Eurostat-ın proqnozlarına bu ayın sonlarında yenidən baxılacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=23&nid=318347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR