Ramazanda necə qidalanmaq lazımdır?

Ramazan ayında oruc tutanların sağlam bir şəkildə qidalanması olduqca vacibdir.

Metbuat.azxəbər verir ki, qidalanma və diet üzrə mütəxəssis Ayça Güləryüz Ramazan ayını sağlam keçirməyin yollarından danışıb.

Səhər yeməyinizi tezdən yeyin

Səhər yeməyi yeyən deyilsinizsə, oruc öncəsi səhərlər qalxıb yeməyə çalışın.

Ağır qidalardan uzaq durun

Ramazan ayı öncəsi yağlı, şəkərli və duzlu qidaları azaldın. Liflə zəngin meyvə və tərəvəz yeyin. Beləcə, həzm sisteminiz yaxşı işləyəcək və uzun müddət ac qala biləcəksiniz. Meyvələrdəki şəkər nisbətinin daha yüksək olduğunu unutmayın və gündə 2 porsiya yetərlidir.

Mədə probleminiz varsa, mütləq həkimə gedin

Acdığınız zaman mədədə turşu ifrazı və həzm sisteminin hərəkətliliyi azalır. Uzun müddət ac qalmaq onikibarmaq bağırsaq xorası və qastriti olan xəstələrdə şikayətlərin artmasına səbəb olur. Mədənizdə xora və başqa bir xəstəlik varsa, mütləq həkimə gedin.

Porsiyalarınızı azaldın

Oruca sayılı günlər qalarkən xüsusilə günorta yeməklərində porsiyaları azaldın, salat kimi xəfif yeməklər yeyin. Beləcə uzun müddət aclığa bədəniniz daha asan öyrəşəcək.

Su istehlakını artırın

Ramazan ayında ən böyük problem aclıqdan çox susuzluqdur. Ramazandan öncə susuzluğa vərdiş etmək üçün su içməmək fikri yanlışdır. Gündə 8-10 stəkan su için, kofeinli içkilərdən uzaq durun

Ağrıkəsici dərmanlardan çox istifadə etməyin

Ağrıkəsicilər mədədə xora və qıcıqlanma yarada bilər. Bu səbəblə, həkim nəzarəti olmadan ağrıkəsici istifadə etmək məsləhət görülmür.

Mütləq imsaka qalxın

Dietoloq Ayça Güleryüz deyib: “Bir çox insan imsaka qalxmadan oruc tuta biləcəyini düşünür. Ancaq səhər yeməyi yemədən tutulan oruc mədədə problemlərə gətirib çıxara bilər. İmsakda pendir, yumurta, süd və qatıq kimi proteinlə zəngin qidalardan yeyin. Həmçinin qoz və badam kimi tərkibi yağla zəngin qidaları süfrənizdən əksik etməyin”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR