Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib

Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib
07:27 8 Yanvar 2015
179 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 07:26 ]

Bakı. Fərahim Qasımov-APA. Ötən gecə Nərimanov rayonunda zəncirvari qəza baş verib.

APA-nın məlumatına görə, qəza  Azadlıq prospekti ilə Nəsib bəy  Yusifbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

 

Kimliyi məluma olmayan  “Hyundai Sonata” markalı avtomobilin sürücüsü  işıqforun qırmızı işığında hərəkətini davam etdirib. Sürət yüksək olduğu üçün  idarəetməni itirən sürücü maşını əvvəlcə  “KİA” markalı avtomobilə, daha sonra "Mercedes"ə çırpıb. "Mercedes" də qarşısında dayanan "Niva" markalı avtomobilə arxadan dəyib. Sükana sahib ola bilməyən "Hyundai"ın sürücüsü avtomobili daha sonra yaşayış binasının qarşısında olan qaz xəttinə çırpıb.

 

Baş verən qəzada "Hyundai"ın sürücüsü xəsarət alıb. Qaz xəttində yaranan problemi aradan qaldırmaq üçün hadisə yerinə  "Azəriqaz"ın əməkdaşları cəlb olunub. Yararsız vəziyyətə düşmüş avtomobillər ərazidən uzaqlaşdırılıb.  Qəzanı törədən sürücüyə hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları ilkin yardım göstərib. Daha sonra o,  izahatı alınması üçün Nərimanov Rayon Polis İdarəsinə aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR