Əmisinin maşınını qaçıran gənc mebel dükanına girdi

Əmisinin maşınını qaçıran gənc mebel dükanına girdi
07:46 8 Yanvar 2015
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonu, Xırdalan şəhərində yol nəqliyyat hadisəsi baş verib. Şəhərin M.Ə.Rəsulzadə küçəsində baş vermiş qəza zamanı “Toyota” markalı avtomobil adıçəkilən küçə ilə Masazır dairəsi istiqamətində yüksək sürətlə hərəkət edirmiş.

Eşitmə və nitq qüsurlu olduğu bildirilən sürücünün sükana nəzarəti itirməsi nəticəsində “Toyota” markalı avtomobil yolun hərəkət zolağından çıxaraq yol kənarındakı bir mebel salonuna çırpılıb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə dərhal Təcili Tibbi yardim xidməti gəlib və sürücüyə ilkin tibbi yardım göstərilib. Daha sonra yaralı xəstəxanaya aparılıb.

İşi araşdıran polis əməkdaşlarının verdiyi məlumata görə, gənc sürücü əmisinin avtomobilini icazəsiz götürübmüş. Avtomobilin çırpıldığı mebel salonuna isə müəyyən miqdarda ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR