Sərxoş sürücü Çermet körpüsündə qəza törətdi

Sərxoş sürücü Çermet körpüsündə qəza törətdi
08:01 8 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda sürücülərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtoqəza yenicə istifadəyə verilən Ziya Bünyadov prospektində, Çermet qəsəbəsindəki yol ötürücü körpünün üzərində qeydə alınıb və üç avtomobil toqquşub. Məlumata görə, Rasim Abışovun idarə etdiyi “BMW” markalı minik maşını əks hərəkət zolağına daxil olub və yüksək sürətlə digər avtomobillərin yoluna çıxıb. Nəticədə o, “Nissan” və “Mercedes” markalı avtomobillərə çırpılıb.

Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. “BMW” və “Nissan” markalı avtomobillərin sürücüləri xəsarət alıb. Yaralı sürücülər hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıb.

Qəza nəticəsində toqquşan avtomobillərin yanacağı ətrafa yayılıb ki, bu da yanma təhlükəsini qaçılmaz edib. Buna görə də hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın təhlükəsinə qarşı tədbir görülüb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, “BMW” markalı avtomobilin sürücüsü Rasim Abışov sərxoş halda sükan arxasına əyləşibmiş. Polis onu məsuliyyətə cəlb edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR