Kinoteatrlarımız bizdən bu pulu niyə alır?

Kinoteatrlarımız bizdən bu pulu niyə alır?
08:32 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın yeni istehsalı olan kinolara bilet alıb baxan tamaşaçının ondan nə qazanacağı qaranlıqdır. Tamaşaçılar yeni filmlərdən mənəvi zövq almaqdansa, reklamın əzabını çəkirlər
Kinoşünas, professor Aydın Dadaşov Milli.Az-a açıqlamasında bildirdi ki, filmlərdə reklam gizli olarsa, sənətkarlıq səviyyəsi də güclü olar.

Onun sözlərinə görə, dünya miqyasında çəkilən filmlərdə reklamın olması normal sayılır: “Sponsor pul verirsə, reklam olunmalıdır. Amma bu latent, gizli reklam olmalıdır. Reklam film boyu görünürsə, tamaşaçının gözünə soxulursa, bu, əslində, qeyri-peşəkarlıqdı. Amma demək olmaz ki, niyə reklam olunur. Reklam dolayı yolla olunmalıdır. Həqiqət pıçıltı ilə doğulur. Əslində, bu təhrikedici amil də sayılmır, sənətkarlıq odur ki, onu büküb verəsən”.

A.Dadaşov hesab edir ki, filmlərə sponsorların olması yaxşı haldır, buna qarşı getmək olmaz. Ancaq reklamlar gizli olsa, sənətkarlıq məsələsi də yüksək olar. Məsələn, "Paramount" şirkəti var ki, gəmi qəzalarına aid filmlərin sponsorudur. Onların rəqibləri gəmiçilərdir və istəyirlər insanlar təyyarə ilə uçsunlar. Türkiyədə qəhvəçilərlə çayçıların rəqabəti var. Hər ikisi filmlərə pul verir, amma açıq formada demirlər ki, qəhvə adamı öldürür, bunu dolayı yoll edirlər. Həsən bəy Zərdabi deyir ki, ödənişli məqalələr azad sözün açarıdır - yalnız gerçəkliyə xəyanət etməmək şərtilə.

Kinoşünasın fikrincə, yeni filmlərə tamaşaçı axını var və bu filmlərin təkrar istehsala cəlb olunması üçün lazımdır: “Qoy büdcədən süni nəfəslə yaşamasın. Belə vəziyyətdə kimlərsə filmə pul verirsə, bunu alqışlamaq lazım. Üzeyir bəy deyib ki, hər hansı ideya zəncəfil kimi, müxək kimi bükülüb verilsin. Bu reklamı açıq vermək olmaz. Əsas odur şirkətlər pul versin, sənətkarlıq məsələsi düzələcək”.

Anar Məmmədov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/317785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR