Bu qidalar ürəyin dostudur...

Düzgün qidalanmamaq, stress, pis vərdişlər ürək-damar problemlərinə gətirib çıxarır.

Metbuat.az xəbər verir ki, ürək xəstəliklərindən qorunmaq üçün həkim dietoloq Şeyma Yılmaz faydalı qidaları açıqlayıb:

Yağlı balıq: Somon kimi yağlı balıqlarda ürəyin sağlamlığı üçün vacib omega-3 yağ turşuları var. Mütəxəssislər ürək sağlamlığı üçün həftədə 2 dəfə izqara ya da qaynadılmış balıq yeməyi məsləhət görür.

Tərkibi omega-3, omega-6 ilə zəngin olan qoz ürək və damar xəstəlikləri zamanı olduqca faydalı qidadır. “Polifenol” maddəsi ilə zəngin olduğu üçün ürək xəstəlikləri və xərçəngdən qoruyur.

Sarımsaq: Damar elastikliyini artırır, xolestrolu aşağı salır. İçərisindəki “allicin” maddəsi güclü antioksidant olduğu üçün dərman kimi udmaq əvəzinə, çeynəyərək ya da əzilərək yeyilməlidir. Yeməklərə bişdikdən sonra əlavə edilməlidir.

Paxlalılar: Faydalı liflərlə, Omeqa-3 yağ turşuları və kalsiumla zəngin paxlalılar da ürəyə xeyirlidir. Onların arasında mərci, noxud və lobya xüsusi yer tutur.

Pomidor: Tərkibindəki “likopen” adlı maddə antioksidant, lif, kalium, C vitamini baxımından ürək sağlamlığı üçün olduqca vacibdir. Pomidoru bişmiş formada yemək daha faydalıdır.

Kətan toxumu: Omeqa-3 turşuları baxımından olduqca zəngindir. Bişirdiyiniz sıyığa bir qədər kətan toxumu əlavə edib hər səhər yeyə bilərsiniz. Ancaq ailəsində uşaqlıq yolu və süd vəzi xərçəngi olanlar, hamilə və uşaq əmizdirən analar yeməsi məsləhət deyil.

Yaşıl yarpaqlı tərəvəzlər: İçərisindəki bir çox minerallar, folik asit turşuları və digər vitaminlər ürəyi qoruyur, xolestrolu nizamlayır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR