Yaz yorğunluğundan xilas edən qarışıq

Mövsüm dəyişikliyi ilə əlaqədar özünüzü yorğun, depressiyada hiss edirsinizsə, bu qarışıqdan için.

Metbuat.az xəbər verir ki, qarışığı hazırlamaq üçün limon, zəncəfil, sarıkök və bala ehtiyacınız var.

Hazırlanmasına gəldikdə, limonun suyunu çıxartdıqdan sonra içərisinə yarım çay qaşıığı zəncəfil və bir o qədər də sarıkök əlavə edin. Qarışığı dadlandırmaq üçün içərisinə bal qatın. Bu qarışıqdan həftədə 3-4 dəfə hazırlayıb için.

Qeyd edək ki, qarışıq qripdən də qoruyur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR