İspaniyada da terror xəbərdarlığı

İspaniyada da terror xəbərdarlığı
09:06 8 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən İspaniyada da polis bir neçə media şirkətinə hücum olunacağına dair xəbərdarlıq zəngləri qəbul etmişdi.

ANS PRESS-in məlumatına görə, əsasən, "El Pais", "El Haffinqton Post" və "Sinko Dias" qəzetlərinin nəşriyyat evləri terror hücumu təhlükəsi ilə qarşı-qarşıya olublar.

Polis dərhal hər 3 qəzet redaksiyasının yerləşdiyi binanı təxliyə edib. Lakin daha sonra xəbərdarlıqların yalan oldğu ortaya çıxıb.

İspaniya hökuməti terror riski ilə əlaqədar ölkədə təhlükəsizlik tədbirlərini gücləndirəcəyini bildirib.

Baş nazir Mariano Raxoy qeyd edib ki, əsasən, ictimai əhəmiyyətli obyektlərə giriş-çıxışlar nəzarətə götürüləcək.

Bəzi strateji əhəmiyyətlə binalarda isə, xüsusilə ciddi tədbirlər görüləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR