Bakıya qar yağır (FOTO)

Bakıya qar yağır (FOTO)
09:21 8 Yanvar 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

Bakıya qar yağır. Qar gecə saatlarından başlayıb. Artıq şəhərin bəzi yerləri - xüsusilə Yasamal, Səbail, Binəqədi rayonları ağ örpəyini geyinməyə başlayıb.

Azərbaycanın rayonlarında da qar yağışı başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 8-9-da havanın temperaturu ötən günlə müqayisədə 10-15 dərəcə aşağı düşəcəyi gözlənilir. Yanvarın 8-də, 9-u gecə və səhər saatlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yanvarın 8-də şimal küləyinin şiddətlənəcəyi və çovğun olacağı ehtimalı var.

Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u gündüz və yanvarın 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və təmiz hava şəraitinin üstünlüyü müsbət amildir.

Havanın temperaturu yanvarın 8-də gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 1-4 dərəcə şaxta olacağı gözlənilir.









Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=318368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR