ABŞ İrəvandan üz döndərdi

ABŞ İrəvandan üz döndərdi
09:31 8 Yanvar 2015
98 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda ABŞ-ın maliyyələşdirdiyi Milli demokratiya institutu (National Democratic Institute - NDI) öz fəaliyyətini dondurub.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri təşkilatın başçısı Qeqam Sarkisyan verib.

Qeqam Sarkisyan maliyyənin dayandırılmasının Ermənistanın Avrasiya ittifaqına daxil olması ilə əlaqəli olmadığına əminliyini bildirsə də, bu barədə tam şərh verməkdən boyun qaçırıb. “Siz bu barədə sualı yaxşı olar ki, ABŞ səfirliyinə yönəldəsiz”- deyə Sarkisyan sualdan yayınıb.

Lakin buna baxmayaraq o, Qərbin Ermənistandan ümüdünü üzdüyünü və Gürcüstan, Ukrayna və Moldovaya nisbətən ölkəsinə demokratikləşmə yönündə daha az maliyyə ayrıldığını etiraf edib.

Qeyd edək ki, NDI ofisi ölkədə 20 ildir fəaliyyət göstərir və maliyyənin dayandırılması birinci dəfədir ki, baş verir. Bunu nəzərə alaraq Ermənistan Avrasiya ittifaqına daxil olmaqla demokratikləşmə yönündə Qərbin bütün ümüdlərini yerə vurduğunu demək olar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR