Bakıda zəncirvari qəza, xəsarət alanlar var - FOTO

Bakıda zəncirvari qəza, xəsarət alanlar var - FOTO
09:32 8 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən zəncirvari qəza baş verib.
APA-nın məlumatına görə, qəza yeni istifadəyə verilən Dərnəgül şossesindəki körpüdə qeydə alınıb.
 
Prospektlə yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomobil qarşı yola çıxaraq "Nissan" və "Mercedes"lə toqquşub. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. "BMW" və "Nissan"ın sürücüsü xəsarət alıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücülər hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıblar.
 
Qəza zamanı maşınlar yanmaq təhlükəsi ilə üzləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın təhlükəsinə qarşı tədbir görülüb.
 
İlkin araşdırmalar nəticəsində məlum olub ki, prospektlə yüksək sürətlə avtomobili idarə edən "BMW"in sürücüsü sərxoş olub. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR