Daha bir nəşr terrorçuların hədəfi ola bilər

Daha bir nəşr terrorçuların hədəfi ola bilər
09:46 8 Yanvar 2015
87 Dünya
Ölkə mətbuatı
A- A+

Danimarkanın “Berlingske” qəzeti 7 yanvarda silahlı hücuma məruz qalan “Şarli Hedot” jurnalının qalmaqallı karikaturalarını yenidən baş səhifəsinə qoyub.

ANS PRESS-in məlumatına görə, bu barədə France-Presse Danimarka nəşrinin baş redaktoru Lisbet Knudsenə istinadən xəbər verib.

Knudsenin sözlərinə görə illüstrasiyalar jurnalistlərə hücumu nə dəstəkləmək, nə də tənqid etmək məqsədi ilə qoyulub. İllüstrasiyaların təkrar nəşri karikaturaların necə görsəndiyini insanlara çatdırmaq məqsədi daşıyıb.

Qeyd edək ki, terroçuların Parisdə “Şarli Hedot” həftəlik jurnalına hücumu zamanı nəşrin baş redaktoru, 3 rəssam, 2 analitik, "vyorska" və dizayner işçisi, texniki xidmətin işçisi, korrektor, şəhərin merinin baş qərargahının keçmiş başçısı və 2 polis həyatını itirib. Bundan əlavə daha 11 nəfər yaralanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR