Terror aktında azərbaycanlı izi?

Terror aktında azərbaycanlı izi?
09:51 8 Yanvar 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Yanvar ayının 6-da Türkiyədə baş verən terror aktı ilə bağlı azərbaycanlılar saxlanılıb. ANS PRESS-in məlumatına görə, bu iddia Türkiyənin "Vatan" qəzetində yer alıb. Qəzetdə Sultanəhməddə baş verən partlayışla bağlı iki azərbaycanlının saxlanıldığı iddia edilib.

Bir polisin şəhid olması ilə nəticələnən partlayışı törədənin isə çeçen əsilli olduğu və taksidə rus dilində danışdığı qeyd edilib.

Jurnalist Emre Erciş "Twitter"də qadının İŞİD terrorçu təşkilatı ilə bağlı olduğunu yazıb.

Xatırladaq ki, kamikadze qadının özünü partlatması nəticəsində polis Kenan Kumaş və özünü partladan qadın şəhid olub.

Partlayışı törədənin Elif Kalşen olduğu bildirilib. Ancaq Kalşen ailəsi Tibbi ekspertizada onlara göstərilən meyitin qızlarına aid olmadığını deyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=318369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR