4 avtomobil toqquşdu - FOTO

4 avtomobil toqquşdu - FOTO
10:12 8 Yanvar 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Nərimanov rayonunda zəncirvari qəza baş verib.
APA-nın məlumatına görə, qəza Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində qeydə alınıb.
 
Kimliyi məluma olmayan “Hyundai Sonata” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında hərəkətini davam etdirib. Sürət yüksək olduğu üçün idarəetməni itirən sürücü maşını əvvəlcə “KİA” markalı avtomobilə, daha sonra "Mercedes"ə çırpıb. "Mercedes" də qarşısında dayanan "Niva" markalı avtomobilə arxadan dəyib. Sükana sahib ola bilməyən "Hyundai"ın sürücüsü avtomobili daha sonra yaşayış binasının qarşısında olan qaz xəttinə çırpıb.
 
Baş verən qəzada "Hyundai"ın sürücüsü xəsarət alıb. Qaz xəttində yaranan problemi aradan qaldırmaq üçün hadisə yerinə "Azəriqaz"ın əməkdaşları cəlb olunub. Yararsız vəziyyətə düşmüş avtomobillər ərazidən uzaqlaşdırılıb. Qəzanı törədən sürücüyə hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları ilkin yardım göstərib. Daha sonra o, izahatı alınması üçün Nərimanov Rayon Polis İdarəsinə aparılıb.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR