Azərbaycan yollarındakı vəziyyətlə bağlı MƏLUMAT

Azərbaycan yollarındakı vəziyyətlə bağlı MƏLUMAT
10:14 8 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün baş verən yol qəzaları nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb

 

Azərbaycanın bütün yollarına hazırda qar yağır.

 

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

 

Onun sözlərinə görə, qar yağmasına baxmayaraq, respublikanın avtomobil yollarında buzlaşma hələlik qeydə alınmayıb.

 

K.Əliyev Muğanlı-İsmayıllı yolunda qar və güclü külək olduğunu bildirib: “Göstərilən istiqamətdə yolun hər an buzlaşa biləcəyini nəzərə olaraq o istiqamətdə hərəkət edən sürücülərə diqqətli olmağı və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edirik”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR