Putinin layihəsini ələ saldırlar

Putinin layihəsini ələ saldırlar
10:16 8 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

"Ermənistanda "qanuni oğrular" yığıncağının keçirilməsini bu ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü çərçivəsində birinci vacib hadisə hesab etmək olar."

ANS PRESS-in məlumatına görə, bu sözlər Ermənistan mətbuatında dərc olunan "Avrasiya İttifaqına - kriminal ittifaqa xoş gəlmisiniz" başlıqlı məqalədə deyilir.

Aİİ-nin ələ salındığı yazıda bildirilir ki, Ermənistan hələ bu ittifaqın dəyərli üzvü olmağa vaxt tapmamış, bu ölkə fakt və sübutlarla əsl mahiyyətini göstərdi: "Ermənistanda cinayətkar aləmin böyük beynəlxalq yığıncağı təşkil olundu."

Təbii ki, cinayətkar aləmin belə yığıncaqlarının təşkili ciddi siyasi himayəsiz ola bilməz. Erməni hakimiyyətinin bəlkə də belə tədbir keçirmək, himayədarlıq etmək üçün gücü çatmaz. Çünki Ermənistanda yüksək "çəki kateqoriyasına" daxil olan təqribən 100 "qanuni oğru"nun qəbulu üçün daha nüfuzlu himayəçilərə malik olmaq lazımdır. Bu planda məntiqlidir ki, bu himayəçi Avrasiya İqtisadi İttifaqıdır, onun birinci böyük tədbiri, faktiki olaraq, Ermənistanda keçdi.

Heç kim üçün şübhə doğurmur ki, Ermənistanın Aİİ-yə üzvlüyü iqtisadi əhəmiyyəti ilə deyil, məhz cinayətkar aləmlə bağlılığıdır. Heç də ona təəccüblənmək lazım deyil ki, Aİİ üçün Ermənistanın gələcək əhəmiyyəti daha çox məhz cinayətkar aləmin belə yığıncaqlarının İrəvanda keçirilməsidir.

Digər nöqteyi-nəzərdən, post-sovet ölkələrinin "qanuni oğruları"nın böyük yığıncağının İrəvanda keçirilməsi dünyaya xüsusi mesajdır ki, belə tədbirlərin maneəsiz məkanı ancaq Ermənistan ola bilər.

Bu da dövlətin gələcəyi üçün böyük problem yaradır: "Ermənistan paytaxtı belə cinayətkar yığıncaqlara ev sahibliyi edirsə, demək, bu dövlətin gələcəyi yoxdur. Son illər Ermənistan mədəni dünyadan kənarda qalır, ancaq kriminal aləm xəritəsinə daxil olur. Bu, təbii ki, arzuolunan deyil. Gələcək perspektivdə dövlət üçün müsbət heç nə görünmür. Necə deyəllər status-kvo bərpa olunur, erməni "amili" cinayətkar dünyada özünü tapır və beləliklə, Ermənistan mədəni dünyadan itib gedir."


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR