Taner Yıldız: TANAP layihəsinin reallaşdırılması üçün heç bir maneə yoxdur

10:18 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyəsinə əyani nümunə olan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması üçün heç bir maneə yoxdur. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Bu barədə cümə axşamı Trend Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir.

Nazir qeyd edib ki, bəzi informasiya vasitələri tez-tez “Türk axını”nın TANAP-a rəqin olması barədə yazırlar: “Türk axını” və TANAP ayrı-ayrı layihələrdir və onlar rəqabət aparmırlar”.

Xatırladaq ki, 2014-cü il dekabrın 1-də Türkiyəyə dövlət səfəri zamanı RF Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya indiki şəraitdə, o cümlədən Avropa İttifaqının qeyri-konstruktiv mövqeyinə görə "Cənub axını" layihəsinin icrasını davam etdirə bilməz. Rusiya Türkiyənin tələbatının ödənilməsi üçün yeni qaz kəməri sistemini tikəcək. Sonradan "Qazprom"un rəhbəri Aleksey Miller bildirib ki, "Cənub axını" layihəsi bağlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR