Fransa polisi terrorçu qardaşların fotolarını yaydı - FOTO

Fransa polisi terrorçu qardaşların fotolarını yaydı - FOTO
10:24 8 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa polisi “Charlie Hebdo” satirik jurnalının redaksiyasına terror hücumu etməkdə şübhəli bilinən iki qardaşın fotolarını yayıb.

 

 APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, polis şahidlərdən lazımi məlumatlar əldə edə bilmək məqsədilə fotoları dərc edib. Səid və Şərif Kaşi adlı qardaşların həbsi üçün order verilib. Basqında şübhəli sayılan daha bir şəxs - 18 yaşlı Hamid Murad isə polisə təslim olub.  

 

Xatırladaq ki, yanvarın 7-də 3 nəfər silahlı şəxs “Charlie Hebdo” jurnalının Parisdəki redaksiyasına daxil olaraq əməkdaşlara atəş açmağa başlayıb. Nəticədə baş redaktor da daxil olmaqla, 12 nəfər ölüb, 11 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR