Filippin terrorunda İŞİD izi:

"Manilla Times"in son məlumatına görə, "Resorts World Manila"da baş verən insidentdə 25 nəfər yaralanıb. Bəzi insanlar otelin ikinci mərtəbəsindən özlərini atdıqları üçün ağır yaralanıblar.

İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

***

22:41

Filippinin paytaxtı Manilada yerləşən "Resorts World Manila" adlı kurort mərkəzində partlayış və silah səsləri eşidilib.

Metbuat.az CNN-in Filippin bürosuna istinadən xəbər verir ki, üzü maskalı şübhəli şəxs otelin ikinci mərtəbəsində qonaqlara və işçilərə atəş açıb. Daha sonra binadan partlayış səsləri eşidilib.

ANC telekanalının iddialarına görə isə insident iki silahlı şəxs tərəfindən törədilib.

Polis və təcili yardım işçiləri hadisə yerinə gec gəliblər.

"Resorts World Manila"nın girişi-çıxışı bağlanıb. Mərkəzin yaxınlığında yerləşən hava limanının fəaliyyətində də fasilə yaranıb.

Mənbənin "Reuters"ə verdiyi məlumata görə, işçilər hadisə yerindən evakuasiya olunublar. Polis artıq nəzarəti ələ keçirib.

Ölənlərin və yaralananların sayı barədə dəqiq məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR